Zidanla İskonun evləri talandı

00:42 - 13 İyun 2019

İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidanla yarımmüdafiəçisi İskonun evləri talanıb.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, hadisə zamanı onlar evlərində olmayıb. Quldurlar evlərdən bahalı əşyalar aparıb.

 

Məsələ ilə bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, bir neçə gün öncə Madridin "Atletiko" klubunun hücumçusu Alvaro Morata İspaniya millisində olduğu zaman evi qarət edilmişdi. Daha öncə də Madrid klublarında oynayan bir neçə futbolçu eyni aqibətlə üzləşib.

Xəbər xətti