Rıbka Azərbaycandakı problemlərdən danışdı: "İnsanlarda futbola xüsusi sevgi yoxdur"

12:46 - 14 İyun 2019

"Səbail"in ukraynalı qapıçısı Aleksandr Rıbka ölkəsində "Bombardir" kanalına (Youtube) geniş müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı qapıçı Azərbaycanda azarkeşlərin futbola gəlməməsi problemi barədə maraqlı fikirlər səsləndirib:

 

"Azərbaycanda hər şey var. Amma futbola çox az adam gəliir. Orta səviyyəli komandaların oyunlarında maksimum 1000 nəfər olur. Açığı, statistikanı elə də izləmirəm. Onu deyə bilərəm ki, azarkeş sayı bizdəkindən azdır. Vəziyyəti dəyişmək üçün cəhd edirlər. Amma insanlarda futbola xüsusi sevgi yoxdur. Bunun da səbəbi, Qəbələ istisna olmaqla, çempionatın demək olar ki, bir şəhərdə keçirilməsidir. Hə, bir də Sumqayıtın komandası var. Bu şəhər isə Bakıdan 40 km aralıda yerləşir. Maşınla yarım saata çatmaq olur".

 

Qeyd edək ki, Rıbka ilin əvvəlində "Səbail"ə keçib. Onunla müqavilə iki il uzadılıb.

Xəbər xətti