Ceyms Adeniyi qərarını verdi

16:05 - 14 İyun 2019

"Qəbələ"nin hücumçusu Ceyms Adeniyi klubda qalmağa qərar verib.

 

Sportal.az xəbər verir ki, nigeriyalı hücumçu müqaviləsinin sonuna kimi "qırmızı-qaralar"da qalacaq. Ancaq sərfəli təklif gəlsə, 26 yaşlı forvardla yollar ayrıla bilər.

 

Adeniyi ötəm il Albaniyanın "Skenderbeu" klubundan "qəbələ"yə keçmişdi. O, ötən mövsüm bütün turnirlər daxil olmaqla 31 oyuna 12 qol vurub. Onun müqaviləsi gələn mövsümün sonunda bitəcək.

 

Qeyd edək ki, Stiven Monroz, Lalavele Atakora, Sabien Lilay, Cavid Hüseynov, Elvin Camalov, Rauf Əliyev, Ürfan Abbasov və Voislav Stankoviç "Qəbələ"dən ayrılıb.

 

Xəbər xətti