Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki ilk 3 oyunundan sonra ən yaxşıları açıqlanıb.
Sportal.az xəbər verir ki, UEFA-nın saytında dərc olunan statistikaya görə, komandanın ən yaxşısı Riçard Almeydadır. Braziliya əsilli futbolçu 425 xalla ümumi sıralamanın 186-cısıdır. Millinin seçmı mərhələsəki 3 qolundan ikisinin müəllifi olan Ramil Şeydayevion 422 xalı var və o, komandada 2-ci, ümumi cədvəldə 188-ci pillədə qərarlaşıb. İlk "3-lüy"ü Bədavi Hüseynov qapayır. 27 yaşlı müdafiəçi 350 xalla 276-cı yerdədi.
ilk "5-liy"in növbəti yerləri də "Qarabağ"lılara məxsusdur. Yarımmüdafiəçi Qara Qarayev 4-cü, Macarıstanla görüşdə yeganə qolumuzun müəllifi olan Mahir Əmrəli isə 5-cidir.
Millinin son oyunlardakı uğursuz nəticələrinə görə ən çox Riçard Almeyda, Bədavi Hüseynov və Qara Qarayev tənqid olunub. Ancaq UEFA-nın hesablamalara görə, millidə ən yaxşı statistik göstərəcilər məhz bu futbulçulara aiddir.
Qeyd edək ki, milli komanda seçmə mərhələdə Xorvatiyaya 1:2, Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə uduzub. (futbolpress.az)
saytlarin hazirlanmasi