Dieqo Simeone ailə həyatı qurdu

14:51 - 16 İyun 2019

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone ailə həyatı qurub.

 

Sportal.az xəbər verir ki, 49 yaşlı mütəxəssis sevgilisi Karla Pereyra ilə evlənib. Nikah mərasimi Argentinanın paytaxtı Buenes-Ayresdə keçirilib.

 

Simeone və Pereyra 2014-cü ildə tanışıb olub. Cütlük iki qız övladına sahibdir. Simeonenin ilk həyat yoldaşından 3 oğlu var.

 

Xəbər xətti