"Səbail" klubu iki futbolçu ilə yolları ayırıb.
Sportal.az xəbər verir ki, qvineya-bisaulu müdafiəçi Maudo Jarjue və nigeriyalı hücumçu Oke Akpoveta ilə başa çatan müqavilə uzadılmayıb.
Jarjue təklif olunan yeni müqavilənin şərtlərini bəyənmədiyi üçün paytaxt klubundan ayrılıb.
“Səbail” daha öncə Ruslan Qurbanov, Tamazi Tsetsxladze, Tome Kitanovski, Enrike Perilyo, Kevin Kubemba, Yevgeni Koçuk və İmanol İriberri ilə yolları ayırmışdı.