"Barselona"nın prezidentindən Qrizmann açıqlaması

17:35 - 17 İyun 2019

"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu "Atletiko"nun hücumçusu Antuan Qrizmannı transferində razılıq əldə etdikləri barədə yayılan xəbərlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, "RAC 1" kanalında canlı yayıma bağlanan klub rəhbəri anlaşma olmadığını bildirib: 

 

"Qrizmannla indiyə kimi danışmamışıq. Ortada heç nə yoxdur. Bu günlərdə və həftələrdə transfer qiymətlərinin necə sürətlə qalxdığını görürük. Önümüzdə iyul və avqust ayı da var. Strategiyamızla bağlı qərar vermişik. B komandasının oyunçularına baxırıq və onlardan bir neçəsini əsas heyətə cəlb etməyi düşünürük. Klubumuzda bəzi ayrılıqlarla yanaşı, transferlər də olacaq".

 

"Atletiko"nun direktoru Migel Anxel Gil Marin Qrizmannın "Barselona"ya keçəcəyini açıqlamışdı.

Xəbər xətti