"Borussiya" Favrla müqaviləni uzatdı

01:01 - 19 İyun 2019

Almaniyanın “Borussiya” klubu baş məşqçisi Lüsyen Favrla müqaviləni uzadıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Dortmund təmsilçisi 61 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalayıb.

 

Favr 2018-ci ilin iyulundan “Borussiya”nı çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv son mövsümü Bundesliqada 2-ci sırada tamamlayıb.

Xəbər xətti