“Keşlə” yeni mövsümün hazırlığına başlayıb.
Sportal.az xəbər verir ki, komanda paytaxtda bir araya gəlib. "Sabiq bankirlər" "Dalğa Arena"nın əlavə meydançasında məşq keçir.
Bakı toplanışında “Keşlə” 4 yoxlama matçı keçirməyi planlaşdırır. Paytaxt təmsilçisi ilk yoxlama matçını iyunun 29-da keçirəcək. Rəqib hələlik məlum deyil.
“Keşlə”nin ikinci yoxlama matçı iyul ayının 5-də olacaq. Komanda Sumqayıt şəhər stadionunda “Sumqayıt”la qarşılaşacaq.
İyulun 13-də “Keşlə” Zirə İdman Kompleksinin stadionunda “Zirə” ilə qarşılaşacaq.
Dördüncü yoxlama matçı iyulun 24-də keçiriləcək. Rəqib isə hələlik məlum deyil.
Fotolar: Keşlə FK
saytlarin hazirlanmasi