Fernando Torres futbolçu karyerasını başa vurdu

10:45 - 21 İyun 2019

İspaniya milli komandasının sabiq hücumçusu Fernando Torres futbolçu karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə "Twitter" hesabında məlumat verib.

 

"Elan verəcəyim çox önəmli bir şey var. 18 həyəcanlı ildən sonra futbolçu karyeramı başa vurmağın zamanı gəldi. Gələn bazar (23 iyun) Yaponiya saatı ilə 23:00-da bütün detalları açıqlamaq üçün Tokioda mətbuat konfransı keçirəcəm", - deyə ispaniyalı futbolçu qeyd edib.

 

Fernando Torres "Atletiko"nun yetirməsidir və peşəkar karyerasına da Madrid klubunda başlayıb. Torres "Liverpul", "Çelsi", "Milan" klublarında da çıxış edib. O, ötən ildən Yaponiyanın "Saqan Tosu" klubunda oynayırdı.

 

Torres İspaniya yığmasında 110 oyuna 38 qol vurub.

Xəbər xətti