“Səbail”in baş məşqçisi Aftandil Hacıyev “Lokomotiv” klubu ilə qarşılaşdıqları yoxlama oyunundan sonra fikirlərini bildirib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Hacıyev 0:1 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:
“Toplanış çərçivəsində ilk oyunumuz idi. Əsasən gənc oyunçularımıza şans verdik. Təcrübəli futbolçularımızın bir neçəsi komandaya yeni qoşulub və onlar hələ ki oynamağa tam hazır deyil. Rəqibdən fərqli olaraq, hazırda biz hazırlığın ilkin mərhələsindəyik. Bolqarıstan çempionatının təqviminə uyğun olaraq, rəqibimiz bizimlə müqayisədə daha hazırlıqlı idi. Bununla belə, oyuna nəzarət etməyə çalışırdıq. Sadəcə, gənc oyunçularımızın təcrübəsi çatmadı ki, rəqib qapısı qarşısında daha təhlükəli epizodlar yaradaq”.
saytlarin hazirlanmasi