Braziliya millisi ilə dünya çempionu olan veteran futbolçu Romario gündəmi zəbt edib.
Sportal.az xəbər verir ki, 53 yaşlı keçmiş hücumçu özündən 31 yaş kiçik olan Ana Karolina adlı qızla sevgili olub. Romario aldığı tənqidlərə görə cavab verib:
"Yaş sadəcə rəqəmdir. Biz bir-birimizə aşiqik, qalanı heç də önəmli deyil. İnsanlar aramızda 31 yaşın böyük fərq olduğunu deyə bilər, amma biz bununla maraqlanmırıq".
22 yaşlı model isə tənqidlərə münasibət bildirməyib.
"Vasko de Qama", PSV, "Barselona", "Flamenqo", "Valensiya" kimi klublarda çıxış etmiş Romario yığmada 70 oyuna 55 qol vurub.
saytlarin hazirlanmasi