Torres karyerasını başa vurmağının səbəbini açıqladı

19:06 - 24 İyun 2019

Futbolçu karyerasını başa vuran İspaniya millisinin sabiq üzvü Fernando Torres qərarının səbəbini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçu özünü əvvəlki kimi güclü hiss etmədiyini deyib:

 

"Meydana çıxanda ən yaxşı şəkildə performans ortaya qoymaq istəyirəm. Bunu etməyəndə futboldan həzz almıram. Buna görə də karyeramı bitirməyin doğru zaman olduğunu düşünürəm".

 

Torres yetirməsi olduğu Madrid "Atletiko"sunda vəzifə almaq istədiyini sözlərinə əlavə edib.

 

Karyerası ərzində "Atletiko", "Liverpul", "Çelsi", "Milan" kimi klublarda oynamış ispaniyalı futbolçu son olaraq, Yaponiyanın "Saqan Tosu" klubunda çıxış edib.

 

Torres İspaniya yığmasında 110 oyuna 38 qol vurub. O, milli komanda ilə iki dəfə Avropa çempionu olub, bir dəfə dünya çempionluğu yaşayıb.

Xəbər xətti