"Barselona"nın PSJ-dən ayrılmağa qərar verən Neymarla anlaşmaq üzrə olduğu iddia edilib.
Sportal.az sport.es-ə istinadən xəbər verir verir ki, kataloniyalıların prezidenti Xosep Mariya Bartomeu braziliyalı hücumçu ilə görüşüb və 5 illik müqaviləyə razılaşıblar. PSJ-dən illik 36,8 milyon avro maaş alan 27 yaşlı futbolçu "Barselona"da mövsüm ərzində 14 milyon avro qarşılığında oynamağa qərar verib.
Sabiq komandası ilə ilkin razılığa gələn Neymar PSJ-dən ayrılmaq üçün klub rəhbərliyi ilə də görüşəcək.
Qeyd edək ki, PSJ braziliyalı futbolçunu 2017-ci ildə "Barselona"dan 222 milyon avroya transfer edib.
saytlarin hazirlanmasi