Almaniya II Bundesliqa təmsilçisi "Ştutqart"ın müdafiəçisi Ozan Kabak transfer olacağı klubu müəyyənləşdirib.
Sportal.az "Bild"ə istinadən xəbər verir ki, "Milan", "Bayern", "Vest Hem", "Monako" və "Şalke"dən gələn təkliflərdən sonra qərarını verib. 19 yaşlı oyunçu Bundesliqa təmsilçisi "Şalke"də oynamağa üstünlük verib.
Məlumata görə, "Şalke" bu keçid üçün 15 milyon avro təzminat ödəyəcək. "Qalatasaray" isə 750 min avro yetişdirmə haqqı qazanacaq.
Qeyd edək ki, "Ştutqart" Ozanı bu ilin əvvəlində 11 milyon avroya "Qalatasaray"dan heyətinə cəlb etmişdi.
saytlarin hazirlanmasi