"Real"da Tibo Kurtuanın kölgəsində qalan kosta-rikalı qapıçı Keylor Navası transfer etmək istəyən klub yoxdur.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubunda illik 5 milyon avro maaş alan qolkiperin maliyyə şərtlərini qarşılayacaq komanda tapılmayıb. Təcrübəli əlcək sahibinin komandada qalacağı gözlənilir.
Xəbərdə "Benfika"nın 32 yaşlı qapıçıya illik 3 milyon avro maaş təklif etdiyi, lakin Navasın bunu qəbul etmədiyi qeyd edilib.
Keylor Navasın "Real"la 2020-ci ilə qədər müqaviləsi qalıb.
saytlarin hazirlanmasi