PSJ-dən ayrılacağı gözlənilən Neymarın adı sabiq klubu "Barselona" ilə hallanmağa davam edir.
Sportal.az "Le Parisien"ə istinadən xəbər verir ki, kataloniyalılar braziliyalı hücumçunu transfer etməyə yaxındır. "Barselona"nın bu keçid üçün 222 milyon avro xərcləyəcəyi iddia edilib.
Paris klubu 27 yaşlı futbolçunu 2017-ci ildə "Barselona"dan 222 milyon avroya transfer etmişdi.
"Barselona"da klub prezidentinin köməkçisi olan Xori Kardoner İspaniya mətbuatına açıqlamasında Neymarın geri dönmək arzusunda olduğunu açıqlamışdı:
"Neymarın geri dönmək istədiyi doğru məlumatdır. Ancaq "Barselona" onunla müqavilə bağlamağı düşünmür. PSJ-yə gedərkən xoşumuza getməyən və çözülməsi lazım olan bəzi məsələlər var".
saytlarin hazirlanmasi