"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Bolqarıstanda təlim-məşq toplanışı çərçivəsində Şimali Makedoniyanın “Makedoniya GP” klubuna 0:1 hesabı ilə uduzduqları sonuncu yoxlama matçından sonra açıqlama verib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 37 yaşlı mütəxəssis oyunu şərh edib:
"Sonuncu yoldaşlıq görüşümüzü keçirdik. Toplanışdakı dördüncü oyunumuzda rəqibimiz Şimali Makedoniya komandası idi. Bildiyiniz kimi onlar da, bizim kimi UEFA Avropa Liqasında çıxış edirlər. Rəqib futbolçuların diqqətsizliyindən və bir dəfə ani səhvimizdən istifadə edib qol vurdu. İkinci hissədə qol epizodlarımız çox oldu. Nəticə önəmli olmasa da, istəyirdik ki, vətənə pozitiv notlarla dönək. Lakin bizim üçün ən önəmli nəticə UEFA Avropa Liqasında olacaq. Ümumi götürdükdə, toplanışdan razı qala bilmərəm. Çünki yeni komanda formalaşdırmışıq. Bildiyiniz kimi, keçən ildən 11 futbolçu komandanı tərk etdi. Yeniləri isə gec qoşuldular. Demək olar ki, toplanışın axırına gəldilər. Lakin buna baxmayaraq, çalışacağıq ki, meydanda sona qədər mübarizə aparaq".
Qeyd edək ki, “Səbail” toplanış zamanı bundan əvvəl Bolqarıstan təmsilçiləri - Plovdiv “Lokomotiv”i (0:1) və “Beroe”yə (0:4) uduzub, Rumıniyanın “Klinçeni” klubu ilə qolsuz heç-heçə edib.
saytlarin hazirlanmasi