Ən gözəl qadın hakimlərdən hesab edilən braziliyalı futbol referisi Fernanda Kolombo diqqət mərkəzinə düşüb.
Sportal.az xəbər verir ki, 30 yaşlı hakim Ekvador çempionatının matçını idarə edərkən maraqlı addım atıb. Oyunçulardan biri qaydanı pozduğu vaxt qadın hakim özünü cibindən sarı vərəqə çıxarırmış kimi göstərib. Lakin Kolombo gülümsəyərək, yaylıq çıxarıb və alnının tərini silib.
Kolombonun futbolçu ilə zarafatı sosial şəbəkələrdə geniş yayılıb.
saytlarin hazirlanmasi