ÇL-in finalına damğa vuran çılpaq qadının Kopa Amerika planında uğursuzluq

12:50 - 9 İyul 2019

Çempionlar Liqasının "Tottenhem" - "Liverpul" (0:2) finalında meydana daxil olan Kinsey Volanski adlı qadın bir anda məşhurlaşmışdı.

 

Sportal.az xəbər verir ki, rusiyalı model növbəti dəfə diqqət mərkəzinə düşmək istəyib. Rusiyalı model sevgilisi Vitali Zdorovetskiylə birgə Kopa Amerikanın Braziliya - Peru finalında meydana daxil olmağı planlaşdırıb. 

 

"Marakana"da keçirilən görüşdə cütlüyün planı baş tutmayıb. Polis və mühafizəçilər onlara bu fürsəti verməyib.

 

Polis hər iki şəxsi ən yaxın bölmədə saxlayıb.Bir neçə saat sonra polis onları sərbəst buraxıb.

 

Vitali daha öncə Braziliyada keçirilən DÇ-2014-ün Argentina - Almaniya final matçında meydana daxil olmuşdu.

 

 

Xəbər xətti