2017-ci ildə futbolçu karyerasını başa vuran İspaniya millisinin sabiq üzvü Xabi Alonso baş məşqçiliyə başlayıb.
Sportal.az xəbər verir ki, 37 yaşlı mütəxəssis İspaniya təmsilçisi "Real Sosyedad"da çalışacaq. Klub saytının məlumatına görə, veteran futbolçu B komandasının baş məşqçisi təyin edilib.
Alonso peşəkar karyerasına "Real Sosyedad"da başlayıb. O, "Eybar", "Liverpul", "Real" və "Bayern" klublarında da çıxış edib.
saytlarin hazirlanmasi