Ağabala Ramazanov: "Səfərdə belə rəqiblə oynamaq çətin olacaq"

00:33 - 12 İyul 2019

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda evdə Rumıniyanın "Universitatya Krayova" klubuna 2:3 hesabı ilə uduzan "Səbail"in hücumçusu Ağabala Ramazanov açıqlama verib.

 

Sportal.az xəbər verir ki, qarşılaşmada dubl edən 26 yaşlı futbolçu üzgün olduqlarını deyib:

 

"Vurduğum qollara görə sevincliyəm. Hesab üçün mən də üzgünəm. Evdə üç top buraxmaq bizi məyus edir. Səfərdə belə rəqiblə oynamaq çətin olacaq. Ancaq ikinci oyuna ciddi hazırlaşacağıq. Ancaq bir-birimizi aldatmalı deyilik. Rəqib çox güclüdür. Büdcələrinə görə bizdən 5-6 qat üstündürlər. Çalışacağıq ki, yaxşı mübarizə aparaq və nəticə qazanaq".

Xəbər xətti