Türkiyənin "Fənəarbaxça" klubunun yeni transferi Vedat Muriki azərbaycanlı atlet Ramil Quliyevə bənzədilməsi barədə danışıb.
Sportal.az "Hürriyet"ə istinadən xəbər verir ki, Kosovo millisinin üzvü özü də Ramilə bənzədiyini deyib və idmançıya uğurlar arzulayıb:
"Sosial şəbəkələrdə azarkeşlərin bu barədə paylaşdıqlarını gördüm. Məncə, haqlıdırlar, bənzərlik var. Ən böyük ortaq nöqtəmiz "Fənərbaxça" klubunda çıxış etməyimizdir. Ramilə uğurlar arzulayıram".
Azərbaycanlı idmançı Türkiyənin adına yarışır. 29 yaşlı atlet 2017-ci ildə dünya, 2018-ci ildə Avropa çempionu olub.
"Fənərbaxça" Vedat Murikini "Rizəspor"dan transfer edib.
saytlarin hazirlanmasi