"Dinamo"nun baş məşqçisi Ramil Şeydayevdən danışdı: "Oyunu üzərinə götürməkdən çəkinməməlidir"

11:47 - 13 İyul 2019

Moskva “Dinamo”sunun baş məşqçisi Dmitri Xoxlov Rusiya Premyer Liqasının I turunda Tula "Arsenal"ıyla keçirilən yoxlama oyunundan (1:1) sonra "Match" TV-yə açıqlama verib. 

 

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis Azərbaycan millisinin üzvü Ramil Şeydayevin rəsmi debütü barədə danışıb:

 

"İki fərqli hissə izlədik. İlk hissədə hər şeyə nəzarət etdik, ancaq fasilədən sonra fərqli oldu. Qalib psixolojiyasını seçmək lazımdır, bir qol vurub, mübarizəyə davam etməlisən. İkinci hissədəki çıxışımızı başa düşmədim. Sebastian Şimanski və Ramil Şeydayev uzun müddət bizimlə olmayıb. İlk matçda pis deyildilər. Daha çox aktiv olmalıdırlar və oyunu öz üzərlərinə götürməkdən çəkinməməlidirlər. Hər şey qabaqdadır".

 

Ramil Şeydayev "Arsenal" oyunda 88 dəqiqə meydanda olub.

Xəbər xətti