"Barselona"nın baş məşqçisi Ernesto Valverde komandanın yeni transferləri - Antuan Qrizmann Frenki de Yonq və Neto barədə danışıb.
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis Qrizmanna güvəndiklərini deyib: "Qrizmannın La Liqada təcrübəsi var. Bu üstünlüyü ilə komandaya adaptasiya olması çətin olmayacaq. Ona çox güvənirik. Bu səviyyədə olan futbolçunun necə dəyərə sahib olduğunu bilirik. Ondan əvvəlki performansı gözləyirik".
Valverde de Yonqla bağlı bunları söyləyib: "De Yonq ötən mövsüm "Ayaks"da möhtəşəm iş gördü. Gələcək üçün də önəmli futbolçulardan biri olacaq. Bizim oyun sistemimizə uyğun olan çox istedadlı futbolçudur".
55 yaşlı mütəxəssis Netonun Ter Şteqenə yaxşı alternativ olduğunu vurğulayıb: "Neto etibarlı və çox bacarıqlı qapıçıdır. Ter Şteqenin əla alternativi olacaq".
"Barselona" Qrizmannı "Atletiko"dan 126 milyon, Frenki de Yonqu "Ayaks"dan 75 milyon, Netonu "Valensiya"dan 30 milyon avroya transfer edib.
saytlarin hazirlanmasi