Xərçəng xəstəliyinə 2 dəfə qalib gələn futbolçu ilə 7 illik müqavilə

15:33 - 19 İyul 2019

İspaniyanın "Atletik" klubu müdafiəçisi Yeray Alvareslə müqaviləni uzadıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı futbolçu ilə 7 illik müqavilə imzalanıb. Oyunçunun sərbəst qalma qiyməti 70 milyon avro təyin olunub.

 

İspaniyalı futbolçu son 3 ildə 2 dəfə xərçəng xəstəliyinə qalib gəlib. O, xəstəliyə görə 2017/28 mövsümünün böyük hissəsini qaçırmışdı. Yeray  ötən mövsüm "Atletik"də 32 oyuna çıxıb.

Xəbər xətti