İspaniyalı qapıçı Viktor Valdes yenidən "Barselona"ya qayıdıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, karyerasını başa vuran veteran qapıçı U-19 komandasının baş məşqçisi təyin edilib.
37 yaşlı sabiq qolkiper "Barselona"nın yetirməsi olub və 2014-cü ilə kimi kataloniyalılarda çıxış edib. İspaniya millisinin keçmiş üzvü "Mançester Yunayted", "Standard" və "Midlzbro" klublarında da oynayıb.
saytlarin hazirlanmasi