126 milyonluq transfer zədələndi

00:54 - 21 İyul 2019

"Atletiko"nun "Benfika"dan 126 milyon avroya transfer etdiyi Joau Feliş "Numansiya" ilə yoxlama oyununda zədələnib.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı hücumçu Madrid klubundakı debüt matçının 27-ci dəqiqəsində xəsarət alıb. Ağrılar hiss edən portuqaliyalı futbolçunu baş məşqçi Dieqo Simeone əvəzləyib.

 

Felişin durumuna yaxın günlərdə aydınlıq gələcək. Portuqaliya millisinin üzvünün durumunun ciddi olmadığı bildirilir.

Xəbər xətti