"Real"ın futbolçusu Qaret Beyl "Çzyansu Sunin" klubu ilə müqavilə imzalamaq üçün Çinə yollansa da, transferi reallaşmayıb.
Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, Madrid təmsilçisi Çin klubu ilə anlaşmanı ləğv edib. Uels millisinin üzvü "kral klubu"na geri dönüb.
30 yaşlı vingerin "Çzyansu Sunin"lə 3 illik müqavilə imzalayacağı gözlənilirdi. Onun illik maaşı 22 milyon avro olacaqdı.
Ötən həftə komandanın baş məşqçisi Zinəddin Zidan ulduz futbolçu ilə yolların ayrılacağını demişdi.
"Real" Beyli 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya transfer etmişdi.
saytlarin hazirlanmasi