Rusiya Premyer Liqasının üçüncü turunda evdə "Rostov"a 2:3 hesabı ilə uduzan "Arsenal"ın baş məşqçisi İqor Çerevçenko fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, "Neftçi"nin Avropa Liqasının II təsnifat mərhələsində rəqibi olan komandanın çalışdırıcısı heyətdə problemlərin olduğunu deyib:
"Rotasiya qərarını tibbi göstəricilərə görə verdik. Kapitanımız Kirill Kombarovu qorumalı olduq. İrəli xəttdə problem yaranıb, yalnız bir hücumçuylayıq. Təəssüf ki, Evans Kanqva və Aleksandru Tudorie sıradan çıxıb. Oyunla bağlı futbolçularla söhbətimiz olacaq. Bunlar bizim problemimizdir. Üç oyuna qapımızda altı top görmüşük. Bu da məni gərginləşdirir. Bu, müdafiəçilərin deyil, bütün komandanın səhvidir. Əlbəttə, məşqçilər korpusunun da günahı var. "Neftçi"ylə səfər matçına kimi bu səhvlərin üzərində işləməli və aradan qaldırmalıyıq. Necə alınacağını cümə axşamı görəcəyik. Məşqçilər və futbolçular hazırkı durumu başa düşür. Ardıcıl iki oyunda uduzmağımız pisdir. Ancaq bununla üzləşən ilk və son komanda deyilik".
"Neftçi" ilk oyunda "Arsenal"a səfərdə 1:0 hesabı ilə qalib gəlib. Cütün cavab matçı avqustun 1-i baş tutacaq.
saytlarin hazirlanmasi