Almaniya II Bundesliqasında mövsümün açılış turunun rəmzi komandası müəyyənəlşib.
Sportal.az Whoscored.com-a istinadən xəbər verir ki, simvolik 11-likdə "Aue"də çıxış edən Azərbaycan yığma komandasının üzvü Dmitri Nazarovun da adı var.
29 yaşlı hücumçu "Qroyter"lə səfər matçında (2:0) bir qol vurub.
Qapıçı: Martin Mannel;
Müdafiəçilər: Oliver Hain ("Raqensburq"), Daniel Qordon ("Karlsrue"), Marko Mihoyeviç ("Aue"), Yohannes van de Berq ("Holştain");
Yarımmüdafiəçilər: Anas Ouahim ("Osnabrük"), Yan Hoxşaidt ("Aue"), Nikola Dovedan ("Nürnberq"), Mario Enqels ("Zandhauzen");
Hücumçular: Mario Qomes ("Ştutqart"), Dmitri Nazarov ("Aue").
saytlarin hazirlanmasi