Almaniya millisinin üzvü "Spartak"da

10:47 - 30 İyul 2019

Almaniyanın "Borussiya" klubunun vingeri Andre Şürrle karyerasını Rusiyada davam etdirəcək.

 

Sportal.az championat.com-a istinadən xəbər verir ki, Almaniya yığmasının üzvü "Spartak"a keçəcək. Məlumata görə, Moskva klubu 28 yaşlı futbolçunu tibbi müayinədən keçirəcək.

 

"Spartak" almaniyalı oyunçunu satın alma şərtiylə icarəyə götürüb. Paytaxt təmsilçisi 8 milyon avro ödəyib, futbolçunu transfer etmək hüuquna malikdir

 

Şürrle ötən mövsümü icarə əsasında "Fulhem"də keçirib. Almaniya yığmasının üzvü 24 oyuna 6 qol vurub.

Xəbər xətti