Rusiya millisinin sabiq üzvü Aleksandr Səmədov futbolçu karyerasını başa vurub.
Sportal.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə "Instagram" hesabında məlumat verib.
Səmədov daha öncə Azərbaycan klublarından təklif aldığını açıqlamışdı.
"Moskva"nın "Spartak" klubunun yetirməsi olan Azərbaycan əsilli futbolçu peşəkar karyerasına məhz bu komandada başlayıb. O, "Lokomotiv" (Moskva), "Moskva", "Dinamo" (Moskva) klublarında da çıxış edib. Səmədovun sonuncu klubu "krılya Sovetov" olub. Təcrübəli futbolçu 2011-2018-ci illərdə Rusiya millisində 53 oyun keçirib və 7 qol vurub. Səmədov DÇ-2018-dən sonra milli karyerasını başa vurmuşdu.