La Liqa klubunda 9 illik müqavilə

13:07 - 12 Avqust 2019

İspaniya La Liqasında mübarizə aparan "Atletik" klubu hücumçusu İnaki Uillyamsla müqaviləni yeniləyib.
 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Bilbao təmsilçisi 25 yaşlı forvardla müqaviləni 2028-ci ilə qədər uzadıb.

Uillyamsın müqaviləsində yer ala bəndə görə, onu transfer etmək istəyən klub 135 milyon avrosundan keçməlidir.

 

Qana əsilli ispaniyalı futbolçu 2012-ci ildə "Pamplona" akademiyasından "Atletik"ə üz tutub.

 

Xəbər xətti