İspaniya La Liqasının 1-ci turunda səfərdə "Selta"nı 3:1 hesabı ilə məğlub edən "Real"ın baş məşqçisi Zinəddin Zidan Qaret Beylin klubdakı gələcəyinə aydınlıq gətirib.
Sportal.az xəbər verir ki, fransalı mütəxəssis Uels millisinin üzvünün Madrid təmsilçisində qalacağını bildirib:
"Beyl "Real"da qalacaq. "Selta"ya qarşı yaxşı oynadı. Matçdan öncə də danışdıq. Hazırda yeni mövsüm barədə fikirləşir".
47 yaşlı mütəxəssis Xames Rodriqeslə bağlı verilən eyni sualı cavabsız qoymayıb:
"Beyl və Xames hər kəs kimi, bu forma üçün sona qədər mübarizə aparacaq".
Zidan ilk turda komandasından razı qaldığını sözlərinə əlavə edib:
"Performansımızdan məmnunam. Tək hücumda deyil, müdafiədə də yaxşı çıxış etdik. Oyunçularımı təbrik etməliyəm. Bu şəkildə davam etmək istəyirik".
saytlarin hazirlanmasi