"Bayern"in "Barselona"dan icarəyə götürdüyü Filipe Koutinyo yeni klubuna 10 nömrəli formanı geyinəcək.
Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi klubun saytına transferi ilə bağlı danışıb:
"Avropanın ən yaxşı klublarından birinə gəldim. Mənim üçün yeni ölkə, yeni çağırışdır. Bu təcrübə üçün səbirsizəm. Mənim də "Bayern" kimi böyük hədəflərim var. Əminəm ki, yein komanda yoldaşlarımla bunu bacararıq".
Münhen təmsilçisinin idman direktoru Hasan Salihamdziç braziliyalı futbolçu ilə bağlı bunları söyləyib:
"Koutinyo "Barselona" ilə danışıqlar zamanı "Bayern"ə gəlmək istədiyini bizə dedi. O, çox üstün keyfiyyətlərə sahib olan dünya səviyyəli futbolçudur. Komandanın heyəti indi daha da keyfiyyətli oldu. Koutinyo hədəflərimizə çatmaqda yardımçı olacaq".
"Bayern" "Barselona"ya 8,5 milyon avro icarə qiyməti ödəyib. Müqavilənin şərtlərinə əsasən, münhenlilər 120 milyon avro ödəyib, Koutinyonun transfer hüququna yiyələnə bilər.
"Barselona" 26 yaşlı futbolçunu 2018-ci ilin yanvarında "Liverpul"dan 145 milyon avroya transfer edib. Koutinyo ötən mövsüm 54 oyuna 11 qol vurub, 5 assist edib.
saytlarin hazirlanmasi