"Sevilya" "Zalsburq"dan 15 milyon avroya transfer etdiyi Munas Dabburu icarəyə verməyə hazırlaşır.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, Xulen Lopeteqinin heyətdə düşünmədiyi israilli hücumçu başqa kluba icarəyə veriləcək. Məlumata görə, Fransa I Liqa təmsilçisi 27 yaşlı futbolçunu icarəyə götürmək üçün təklif yollayıb.
İsrail millisinin üzvü ötən mövsüm "Zalsburq"da 48 oyuna 37 qol vurub, 16 assist edib.
saytlarin hazirlanmasi