"Barselona"nın zədəli futbolçusu Lionel Messi daha bir ay meydana çıxa bilməyəcək.
Sportal.az Kataloniya radiosuna istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun erkən sıraya dönməsi gözlənilsə də, bu baş verməyib. La Liqada ilk iki turu buraxan argentinalı superulduz daha 1 ay yaşıl meydanlardan kənar qalacaq.
"Barselona"da Luis Suares, Usman Dembele və Netu da zədəlidir.
saytlarin hazirlanmasi