İspaniya millisinin və "Barselona"nın sabiq baş məşqçisi Luis Enrikenin 9 yaşlı qızı Ksana vəfat edib.
Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis "Twitter" hesabında övladının xərçəng xəstəliydən dünyasını dəyişdiyini açıqlayıb.
Sosial şəbəkələrdə futbol ictimaiyyəti Enrikeyə dəstək olub.
49 yaşlı çalışdırıcı qızının xəstəliyinə görə bu yay İspaniya millisindən ayrılmışdı.
saytlarin hazirlanmasi