Avropa Liqasının qrup mərhələsində "Qarabağ", APOEL və "Düdelanj" klubları ilə eyni qrupda yer alan İspaniyanın "Sevilya" klubunun baş məşqçisi Xulen Lopeteqi fikirlərini bölüşüb.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis "Qarabağ"ın iki mövsüm əvvəl "Atletiko"ya qarşı keçirdiyi oyunları xatırlayıb:
"Daha dərindən analiz etmək üçün vaxtımız olacaq. APOEL son Çempionlar Liqasının yarımfinalçısı "Ayaks"la qarşılaşdı və kifayət qədər müqavimət göstərdi. "Qarabağ" isə iki il öncə "Atletiko" ilə qarşılaşdı və madridliləri büdrətdi. Hər oyun üç xal üçün çıxacağıq. Avropa turnirlərində asan rəqib olmur".
"Qarabağ" - "Sevilya" oyunu sentyabrın 19-u, saat 20:55-də baş tutacaq.
saytlarin hazirlanmasi