Rusiya Premyer Liqasının səkkizinci turunda "Dinamo" Samarada "Krılya Sovetov"la 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, oyundan sonra Moskva klubunun baş məşqçisi Dmitri Xoxlov hücumu transferi istədiyini bildirib:
"Son zərbələrimiz yetərli deyil. Transfer pəncərəsi hələ açıqdır. Bizə hücumçu lazımdır və gözləyirik. Görək, bir nəfər hücumçu ala biləcək?"
Azərbaycan millisinin üzvü Ramil Şeydayev "Dinamo"da çıxış edir. 22 yaşlı forvard bu mövsüm beş oyuna bir assist edib. Ramil son iki oyunda meydana çıxmayıb.
saytlarin hazirlanmasi