"Çiçarito" Bakıya gələcək?

15:15 - 1 Sentyabr 2019

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan İspaniyanın "Sevilya" klubu İngiltərə Premyer Liqa təmsilçisi "Vest Hem"in hücumçusu Xavyer "Çiçarito" Ernandesi transfer etməyə çalışır.

 

Sportal.az "Sky Sports"a istindən xəbər verir ki, əndəlüsiyalılar London klubu ilə danışıqlar aparır. "Çəkicdöyənlər" müqaviləsinin başa çatmasında 10 ay qalan meksikalı hücumçunu satmağa razıdır. "Sevilya"nın 31 yaşlı forvardın transferini tezliklə bitirəcəyi gözlənilir.

 

"Vest Hem" Meksika millisinin üzvünü 2017-ci ildə "Bayer"dən 17,8 milyon avroya transfer etmişdi. Xavyer Ernandes Premyer Liqa klubunda 63 oyuna 17 qol vurub.

 

Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Sevilya" oyunu sentyabrın 19-u, saat 20:55-də baş tutacaq.

 

Xəbər xətti