Məmuru döyən Kokorinlə Mamayev azadlıqda

13:19 - 6 Sentyabr 2019

Ötən ilin oktyabrın 11-də Rusiyanın Sənaye və Ticarət Nazirliyi Departamentinin rəhbəri Denis Pakı döyən "Zenit"in hücumçusu Aleksandr Kokorinlə "Krasnodar"ın yarımmüdafiəçisi Pavel Mamayev azadlığa buraxılıb.

 

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, məhkəmə futbolçuların vaxtından əvvəl azadlığa buraxılması tələbini qəbul edib. Futbolçular və Kokorinin qardaşı Kirill şərti azadlığa çıxıb.

 

Mayın 8-də keçirilən məhkəmədə Kokorin qardaşlarına 1 il 6 ay, Mamayevə isə 1 il 5 ay həbs cəzası verilmişdi.

Xəbər xətti