Xulen Lopeteginin "Qarabağ"la oyun üçün planı

12:25 - 9 Sentyabr 2019

Avropa Liqasının qrup mərhələsində ilk oyununu Bakıda "Qarabağ"a qarşı keçirəcək "Sevilya" Azərbaycana bir neçə əsas futbolçusu olmadan gələ bilər.

 

Sportal.az diariodesevilla.es-ə istinadən xəbər verir ki, sıx təqvim əndəlüsiyalıların çalışdırıcısı Xulen Lopetegini narahat edir. "Sevilya" 15 sentyabr - 6 oktyabr aralığında 7 oyun keçirəcək. Bu rəqiblər arasında Madrid "Real"ı və "Barselona" da var.

 

Sentyabrın 19-u "Qarabağ"la qaşrılaşacaq "Sevilya"nın 3 gün sonra "Real"la matçı var. Lopetegi buna görə Bakıdakı oyunda az şans qazanan futbolçulara şans verməyi düşünür.

 

"Qarabağ" - "Sevilya" oyunu sentyabrın 19-u keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanın start fiti 20:55-də səslənəcək.

Xəbər xətti