Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində Uelsə 1:2 hesabı ilə uduzduğu oyun Rusiya mətbuatının diqqətini çəkib.
Sportal.az xəbər verir ki, oyunun 63-cü dəqiqəsində Moskva "Dinamo"sunda çıxış edən Ramil Şeydayevin Madrid "Real"ının ulduzu Qaret Beylə sürətdə uduzmadığı qeyd edilib:
"Uels - Azərbaycan matçında dünyanın ən sürətli oyunçulardan biri Qaret Beyllə "Dinamo"nun hücumçusu Ramil Şeydayevin sürət yarışması oldu. Ramil sol cinahda topla irəliləyərkən sürətdə Qaret Beyli qabaqladı. Yerli azarkeşlər epizod başa çatdıqdan sonra Şeydayevi alqışladı".
saytlarin hazirlanmasi