Bekhemin komandasından Messiyə təklif

16:04 - 11 Sentyabr 2019

Lionel Messinin "Barselona" ilə hər mövsümün sonunda müqaviləsini ləğv etmək hüququ var.

 

Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, 32 yaşlı hücumçu mövsümün sonunda ABŞ-ın "Mayami" klubuna keçə bilər. İngiltərə millisinin sabiq üzvü Devid Bekhemin yaradıcılarından olan MLS klubu argentinalı ulduza təklif yollayıb.

 

"Mayami" 2014-cü ildə yaranıb və MLS-də iştirak etmək hüququ əldə edib.

Xəbər xətti