"Bayern"in "Barselona"dan icarəyə götürdüyü Filipe Koutinyo barədə "Marca"da yeni iddia ortaya atılıb.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçunu yay transfer dönəmində agentlər "Mançester Siti"yə təklif edib. Lakin "Şəhərlilər"in çalışdırıcısı Pep Qvardiola bu transferə qarşı çıxıb.
Münhen təmsilçisi 8,5 milyon avroya bir illik icarəyə götürüb. "Bayern" 120 milyon avro ödəyib, 27 yaşlı yarımmüdafiəçini birdəfəlik transfer edə bilər.
Əgər "Bayern" Koutinyonu transfer etsə, klub tarixinin ən bahalı keçidi olacaq.
saytlarin hazirlanmasi