Çiçarito "Qarabağ"la oyunda debüt edə bilər

11:31 - 12 Sentyabr 2019

İspaniyanın "Sevilya" klubunun yayda "Vest Hem"dən transfer etdiyi Xavyer "Çiçarito" Ernandes kollektiv məşqlərə davam edir.

 

Sportal.az xəbər verir ki, meksikalı hücumçu tam formada olmadığı üçün La Liqanın IV turunda "Alaves"lə səfər görüşündə oynamaya bilər. 31 yaşlı forvardın Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la səfər görüşündə oynamaq ehtimalı böyükdür.

 

Sentyabrın 19-u keçiriləcək "Qarabağ" - "Sevilya" oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda baş tuacaq.

Xəbər xətti