Almaniya III Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edən Azərbaycan millisinin üzvü Rüfət Dadaşov "Bild" nəşrinə açıqlama verib.
Sportal.az xəbər verir ki, AÇ-2020-nin seçmə mərhələsində Uels və Xorvatiya ilə oyunlarda ehtiyatda qalan 28 yaşlı hücumçu milliyə dəvət aldığı üçün qürur hissi keçirdiyini deyib: “Əlbəttə, oyunlara çıxmaq istərdim. Amma vətənə səfər etmək də həmişə bir təcrübədir”.
Dadaşov Xorvatiya ilə matçdan sonra 02:30-da Bakıdan Frankfurta daha sonra isə Proysenə üz tutub. Rüfət təkcə uzun məsafəyə görə yorğun olduğunu bildirib.
“Proyssen”in baş məşqçisi Sven Hübşer hücumçunu sentyabrın 14-ü “Viktoriya Köln”lə matçda oynadacağını bildirib.
saytlarin hazirlanmasi