Dieqo Kosta: "Qrizmannın xəyalı Messi və Suareslə birgə oynamaq idi"

00:36 - 13 Sentyabr 2019

"Atletiko"nun hücumçusu Dieqo Kosta sabiq komanda yoldaşı Antuan Qrizmannın "Barselona"ya transfer olması barədə danışıb.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, 30 yaşlı hücumçu Qrizmannın Lionel Messi və Luis Suareslə birgə oynamaq arzusunun olduğunu deyib:

 

"Xəyalı Lionel Messi və Luis Suareslə birgə oynamaq idi. Bu təcrübəni yaşamağı arzulayırdı. Biz komanda daxilində onun necə oğlan olduğunu bilirik. "Atletiko" üçün önəmli futbolçu idi. Etdikləri göz qabağındadır və onun haqda pis fikir bildirə bilmərik".

 

"Atletiko"da beş mövsüm oynayan Qrizmann bu yay 120 milyon avroya "Barselona"ya transfer oldu.

Xəbər xətti